AZ RU EN
QEYDİYYAT

Qaydalar

- Nəzərinizə çatdırırıq ki, Azərbaycan Tibb Universiteti (ATU) tələbələri cəlb edən ŞİRKƏTLƏR VƏ TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ ETMİR!*. Siz ATU-ya daxil olmaq üçün özünüz müraciət etməli və müsahibədən keçməlisiniz.

- ATU-da tədris Hazırlıq Kursundan (HK) başlayır. HK-ya daxil olandan sonra siz 5 ay müddətində tədris dili, fizika, kimya və biologiya üzrə dərslər keçəcəksiniz. Kursun sonunda siz bu fənlərdən kompüter imtahanını verməlisiniz. İmtahandan kəsilsəniz onu 10 gün ərzində təkrar vermək imkanınız olacaqdır. İmtahanı müvəffəqiyyətlə vermiş dinləyicilər müvafiq fakultənin 1-ci kursuna qəbul olunurlar.

 

- ATU-nun Hazırlıq Kursuna daxil olmaq üçün addımlar:

  • ATU Qəbul Portalında özünüzün qeydiyyat hesabınızı açın.
  • Əmin olun ki, tədris dilini və fakultəni düzgün seçmisiniz. Qeydiyyat hesabı açıldıqdan sonra onları dəyişmək mümkün olmayacaq!
  • Qəbul şərtlərini diqqətlə oxuyun. Verdiyiniz razılıq hüquqi qüvvəsi olan sənəddir.
  • Tələb olunan sənədlərin skan surətlərini göndərin.
  • Komanda üzvlərimiz müraciətinizə baxıb sizinlə Skype müsahibə təyin edəcəkdir **. Əmin olun ki, təyin olunmuş gün və saatda müsahibədə iştirak edə biləcəksiniz. Müsahibə üçün keyfiyyətli İnternet qoşulma və işləyən veb kamera lazım olacaqdır.
  • Skype müsahibə zamanı sizə tədris dili kimi seçdiyiniz dildə fizika, kimya və biologiya üzrə suallar veriləcək. Sizin dil biliyinizə də qiymət veriləcəkdir. Suallar ümumi orta məktəb proqramını əhatə edəcək. Özünüz və gələcək planlarınız barədə qısa məlumat verməyə də hazır olun.
  • Müsahibənin nəticəsi barədə məlumatı 3 iş günü ərzində  alacaqsınız. ATU Hazırlıq Kursuna seçildikdən sonra biz sizə təhsil vizası üçün dəvət məktubunu hazırlayıb göndərəcəyik. Bu, Azərbaycanla vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşları üçün lazım olmayacaqdır. 
  • Sonda ATU-ya şəxsən müraciət edib sənədlərin əslini təqdim etmək, ödəniş aparmaq və dərslərə başlamaq üçün sizə gün və vaxt təyin olunacaqdır. 

 

* Hindistan və Pakistandan başqa

** Yükseköğretim Kurulu (YÖK) göndərişi ilə müraciət edən Türkiyə vətəndaşları müsahibədən azaddırlar. Sənədlərinizi göndərəndən sonra bizdən təsdiqedici cavab gözləyin.

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası