AZ RU EN
QEYDİYYAT

Qəbul üçün sənədlər

Aşağıdakı sənədlər skan olunub şəxsi səhifənizə yüklənməlidir. ATU-ya qəbul olunmusunuzsa, onların əslini Azərbaycana gələndən sonra təqdim edəcəksiniz:

-  Beynəlxalq pasport (fotoşəkil olan səhifə). Pasportun etibralılıq müddəti müraciət tarixindən ən az 1 il olmalıdır.

-  Orta məktəb və ya litsey attestatı. Ölkənizdə səlahiyyəti olan qurum (Təhsil Nazirliyi) tərəfindən təsdiq edilməli və Azərbaycan dilinə rəsmi tərcümə edilməlidir. Olduğunuz yerdə azərbaycan dilinə tərcümə yoxdursa, onu ingilis və ya rus dillərinə rəsmi tərcümə edib elektron şəkildə səhifənizə yükləyin. Azərbaycana gələndən sonra attestatınızı azərbaycan dilinə tərcümə edərsiniz.

Türkiyə, İran və İraq vətəndaşlarına attestat ballarına görə aşağıdakı məhdudiyyət tətbiq edilir:

Türkiyə: Litsey diplomu minimal bal 70% və ya YGS imtahanın minimal balı 180

İran: Daberistan yalnız təcrübi elmlər və ya fizika-riyaziyyat üzrə minimal bal 15

İraq: Baccalaureate Certificate və ya Secondary School Certificate minimal bal 70%

- Dil sertifikatları (IELTS və ya TOEFL) – varsa

- Hər hansı kurs, olimpiada, yarış və s. aid sertifikatlar - varsa

- Son 6 ayda çəkişmiş fotoşəkil

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinə uyğun olaraq aşağıdakı infeksiyalar olan şəxslərə ölkədə müvəqqəti yaşama icazəsi verilmir: QİÇS, B hepatiti, C hepatiti, sifilis. Əmin olun ki, sizdə bu infeksiyalar yoxdur. Azərbaycan Respublikası Miqrasiya Xidmətinə müvəqqəti yaşama icazəsi üçün müraciət etməzdən öncə siz tibbi müayinədən keçəcəksiniz.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası