AZ RU EN
QEYDİYYAT

Rezidentura

Siz öz ölkəsində rəsmi akkreditasiyadan keçmiş universitetin Tibb və ya Stomatologiya fakultəsinin məzunusunuzsa, o zaman ATU-nun rezidenturasına müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, ATU-nun rezidenturasında tədris ancaq azərbaycan dilində aparılır! İxtisasların siyahısı və rezidentura təhsilinin müddəti:

İxtisas

Təhsil müddəti, il

1

Anesteziologiya-reanimatologiya

3

2

Ümumi cərrahiyyə

5

3

Neyrocərrahiyyə

5

4

Plastik cərrahiyyə

5

5

Urək-damar cərrahiyyəsi

5

6

Uşaq cərrahiyyəsi

5

7

Otorinolarinqologiya

4

8

Travmatologiya-ortopediya

5

9

Onkologiya

5

10

Urologiya

5

11

Oftalmologiya

3

12

Mamalıq-ginekologiya

5

13

Psixiatriya

2

14

Nevrologiya

4

15

Terapiya

4

16

Kardiologiya

4

17

Nefrologiya

4

18

Qastroenterologiya

4

19

Hematologiya

4

20

Dermatovenerologiya

4

21

İmmunologiya

2

22

Allerqologiya

3

23

Yoluxucu xəstəliklər

4

24

Revmatologiya

4

25

Endokrinologiya

4

26

Narkologiya

2

27

Fizioterapiya və tibbi bərpa

3

28

Ftiziatriya

2

29

Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza

3

30

Pediatriya

4

31

Şüa terapiyası

3

32

Şüa diaqnostikası

4

33

Stomatologiya

3

34

Üz-cənə cərrahiyyəsi

5

35

Sosial gigiyena və səhiyyənin təşkili

3

36

Gigiyena

2

37

Mikrobiologiya

2

38

Laboratoriya işi

2

39

Genetika

2

40

Epidemiologiya

2

 

ATU rezidenturasına daxil olmaq üçün addımlar:

  1. Azərbaycan Respublikası Təhsil Nazirliyində diplomunuzu nostrifikasiya edin. Daha ətraflı məlumat üçün: http://ani.edu.gov.az/en/main/
  2. 20 avqust - 10 sentyabr müddətində nostrifikasiya olunmuş diplomunuzla ATU Rezidentura şöbəsinə müraciət edin. 
  3. ATU Virtual Test Mərkəzində azərbaycan dili üzrə kompüter test imtahanından keçin (15-20 sentyabr). İmtahandan kəsilsəniz, növbəti mərhələyə keçə bilməyəcəksiniz. Nəzərinizə çatdırırıq ki, müxtəlif dil kurslarının sertifikatları qəbul edilmir!
  4. ATU rezidenturasına qəbul üzrə Komissiyanın müsahibəsindən keçin (20-25 sentyabr). Sizə azərbaycan dilində xüsusi tibbi suallar veriləcək.
  5. Seçdiyiniz ixtiasas üzrə rezidenturaya başlayın (oktyabrın əvvəli).

Siz azərbaycan dili səviyyənizdən əmin deyilsinizsə, əvvəl ATU Hazırlıq Kursuna müraciət edə bilərsiniz. Siz ancaq azərbaycan dili üzrə dərslər keçib sonra imtahan verəcəksiniz. Təhsil müddəti 5 ay, təhsil haqqı 3000 ABŞ dollarıdır. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası