(+99412) 597-38-98

Tələbə yataqxanası


Azərbaycan Tibb Universiteti əcnəbi tələbələrinə yataqxanada qalmağı təklif edə bilər. 273 nəfər üçün nəzərdə tutulan yataqxana universitetin kampusu və klinikalarına çox yaxın məsafədə yerləşir. Tələbə qızlar və oğlanlar fərqli mərtəbələrdə qalır. Hər otaq 3 nəfər üçün nəzərdə tutulub, hər otağın öz tualeti, hər mərtəbənin öz mətbəxi var. Yataqxanada qalmağın qiyməti hər tədris ili üçün 1 tələbəyə 1000 manat təşkil edir.

Qeyd: yataqxanada yerlərin sayının məhdud olması səbəbindən boş yerlər barədə məlumatı əvvəlcədən dəqiqləşdirməyi tövsiyə edirik.