(+99412) 597-38-98

Qəbul üçün sənədlər


Aşağıdakı sənədlər skan olunub şəxsi səhifənizə yüklənməlidir. ATU-ya qəbul olunmusunuzsa, onların əslini Azərbaycana gələndən sonra təqdim edəcəksiniz:

-  Beynəlxalq pasport (fotoşəkil olan səhifə). Pasportun etibralılıq müddəti müraciət tarixindən ən az 1 il olmalıdır.

-  Orta məktəb və ya lisey attestatı. Ölkənizdə səlahiyyəti olan qurum (Təhsil Nazirliyi) tərəfindən təsdiq edilməli və Azərbaycan dilinə rəsmi tərcümə edilməlidir. Olduğunuz yerdə azərbaycan dilinə tərcümə yoxdursa, onu ingilis və ya rus dillərinə rəsmi tərcümə edib elektron şəkildə səhifənizə yükləyin. 

Türkiyə, İran və İraq vətəndaşlarına attestat ballarına görə aşağıdakı məhdudiyyət tətbiq edilir:

Türkiyə: Lisey diplomu minimal bal 65% və ya TYT imtahanın minimal balı 180

İran: Daberistan yalnız təcrübi elmlər və ya fizika-riyaziyyat üzrə minimal bal 14

İraq: Baccalaureate Certificate və ya Secondary School Certificate minimal bal 70%

- Dil sertifikatları (IELTS və ya TOEFL) – varsa

- Son 6 ayda çəkişmiş fotoşəkil

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinə uyğun olaraq aşağıdakı infeksiyalar olan şəxslərə ölkədə müvəqqəti yaşama icazəsi verilmir: QİÇS, B hepatiti, C hepatiti, sifilis. Əmin olun ki, sizdə bu infeksiyalar yoxdur. Azərbaycan Respublikası Miqrasiya Xidmətinə müvəqqəti yaşama icazəsi üçün müraciət etməzdən öncə siz tibbi müayinədən keçəcəksiniz.