(+99412) 597-38-98

Tez-tez verilən suallar


1. Azərbaycan Tibb Universitetinə necə qəbul ola bilərəm?
- Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olunmaq üçün online www.admission.amu.edu.az internet ünvanından qeydiyyatdan keçməlisiniz. Bu addımınız uğurla tamamlandıqdan sonra online müsahibəsinə dəvət olunmaq üçün tərəfimizdən təyin olunan vaxt və gün barədə məlumatlandırılırsınız. online müsahibənizdən uğurla keçsəniz, bu barədə 24 saat ərzində məlumatlandırılacaqsınız.


2. İmtahan hansı dildə aparılır?
- Seçdiyiniz təhsil dilindən asılı olaraq azərbaycan,ingilis,rus dillərindən birində


3. Hazırlıq kursu üçün təhsil haqqı nə qədərdir?
- Hazırlıq kursu üçün illik təhsil haqqi- 4000 şərti vahid  (ABŞ dolları)


4. Universitetinizdə fakultələrin təhsil müddəti nə qədərdir?
- Hazırlıq kursunu (6 ay) bitirdikdən sonra Müalicə-profilaktika(MPF) fakultəsində - 6 il, Stomatologiya fakultəsində - 5 il, İctimai səhiyyə fakultəsində 5 il, Əczaçılıq fakultəsində – 4 il


5. Universitetinizdə illik təhsil haqqı nə qədərdir?
- İllik təhsil haqqı - 5000 ş.v. (ABŞ dolları)


6. Universitetinizdə tələbə yataqxanası mövcuddurmu?
- Tələbələrimiz müqavilə imzaladıqdan sonra 6 tələbə yataqxanalarımızdan birində yer almaq üçün müraciət edirlər. Yataqxanada yer sayı məhduddur.


7. Yataqxananın illik ödəniş haqqı nə qədərdir?
- İllik ödəniş haqqı - 1000 AZN (600 ş/v)


8. Ölkənizə daxil olmaq üçün dəvət məktubu göndərilirmi?
- İran,İordaniya kimi ölkələrinin vətəndaşları təhsil vizasını www.evisa.gov.az on line və ya Bakı hava limanından, digər ölkə vətəndaşları isə tərəfimizdən göndərilən dəvət məktubu əsasında səfirliklərimizdən əldə etməklə ölkəmizə daxil olurlar.


9. YÖK xətti ilə daxil olan tələbələr Türkiyə Respublikasında təhsili davam etdirə bilərlərmi?
- YÖK xətti ilə Azərbaycan Tibb Universitetində (ATU) təhsil almaq arzusunda olan tələbə Türkiyə Respublikasında müqavilə imzalamaqla  Universitetimizdə Hazırlıq Kursunu (6 ay) bitirdikdən sonra ölkəmizdə 3 il təhsil alır,sonra isə növbəti təhsilini Türkiyə Respublikasında davam etdirir.


10.Türkiyə Respublikasında təhsillərini davam etdirərkən təhsil haqqı Azərbaycan Respublikasında ödənilirmi?
- Xeyr, yalnız Azərbaycan Tibb Universitetində təhsil alan müddətdə tələbələr təhsil haqqını ölkəmizdə ödəyirlər.


11.Mən, Skype müsahibəsi ilə qəbul olduqdan sonra ixtisası və ya seçdiyim dili dəyişə bilərəm?
- Xeyr,növbəti hazırlıq periodunda yenidən qeydiyyatdan keçməlisiniz və nəticəniz ləğv olunacaq. İxtisas və dil seçimi edərkən diqqətli olun!


12. Ölkəmizdən aldığımız “Sağlamlıq haqqında “ arayış Universitetinizdə yararlıdırmı?
- Xeyr,müvəqqəti yaşama izni vəsiqəsi (MİY) əldə etməniz üçün ölkəmizdə aldığınız “Sağlamlıq haqqında” arayış yararlıdır.